Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə biletlərin qiyməti açıqlandı

Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Bu barədə Banker.az Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata görə, marşrut üzrə səfərlər müasir “Stadler” qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Bakı–Tbilisi: 81 AZN-dən
• Yevlax–Tbilisi: 67 AZN-dən
• Gəncə–Tbilisi: 62 AZN-dən
• Ağstafa–Tbilisi: 57 AZN-dən
• ⁠Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.

Son xəbərlər
Digər xəbərlər