1 C
Baku
Saturday, December 14, 2024

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin gəlirləri artsa da, xalis mənfəət düşüb

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co.) 2023-cü ildə 12 milyon manat ekvivalentində və ya 7 mln. dollarlıq xalis mənfəət əldə edib. Şirkət öncəki ildə 124 milyon manatlıq xalis mənfəət əldə etmişdi.

Banker.az-ın əldə etdiyi məlumata görə, şirkət hesabat ilində 1 milyard 5 milyon manat həcmində gəlir əldə etməklə 2022-ci ili 21 faiz üstələyib.

BTC Co. 2022-ci ildə 829 mln. manat gəlir əldə etmişdi.

Hesabat müddətində şirkətin satışlarının maya dəyəri 528 mln. manat, ümumi inzibati xərcləri 343 mln. manat təşkil edib.

Şirkətin xalis aktivlərinin həcmi 2023-cü ilin sonuna 11 milyard 819 milyon manat olub. Bu, 2022-ci ildəki 6 milyard 730 milyon manatı 76% üstələyir.

SOCAR-ın bu şirkətdə mülkiyyət payı 25%-dir.

Xatırladaq ki, “Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti” Kayman adalarında qeydiyyatdadır və Azərbaycan Respublikasında nümayəndəliyi var. “BTC Co.”nun səhmdarları: BP 30.1 faiz, “AzBTC” 25 faiz, MOL 8.9 faiz (“Chevron” şirkətini əvəz edib), “Equinor” 8.71 faiz, “TPAO” 6.53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3.4 faiz, “Inpex” 2.5 faiz, “ExxonMobil” 2.5 faiz və “ONGC (BTC) Limited” 2.36 faiz təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər