”Bakı-Tbilisi-Ceyhan” şirkətinin gəlirlərinin azalması xalis mənfəətini 35% azaltdı

“Bakı-Tiblisi-Ceyhan Boru” şirkətinin (BTC CO.) 2020-ci ildə maliyyə nəticələri açıqlanıb.

Banker.az xəbər verir ki, şirkət ötən il ərzində $675 milyon həcmində gəlir əldə edib. Bu isə öncəki illə müayisədə 18 faiz azalma deməkdir.

SOCAR-ın da payı olduğu şirkətin məhsulun satışından olan maya dəyəri isə $449 milyon olub. Şirkətin ümumi mənfəəti isə $226 milyon təşkil etmişdir.

Şirkətin digər gəlirləri isə $9 milyon, maliyyə xərcləri isə $22 milyon olmuşdur.

Beləliklə, BTC Co.-nun illik xalis mənfəəti $213 milyon olub. Bu isə öncəki illə müqayisədə 35% az olması deməkdir.

Qeyd edək ki, BTC Co. 2001-ci ildə Kayman adalarında yaradılıb, BTC-nin operatorudur. Şirkətin səhmlərinin əsas hissəsi BP (31.1%), SOCAR-a (25%) məxsusdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.