Bakı–Tbilisi dəmir yolunun bərpasından sonra sərnişindaşınmadan nə qədər gəlir əldə olunub?

Azərbaycanda dəmir yolu ilə beynəlxalq sərnişin daşımalarından əldə etdiyi gəlir 2026-cı ilin iyun aylında 1,3 milyon manat təşkil edib. Bu cəmi 1 ayı əhatə edir.

Banker.az xəbər verir ki, bu dövrdə dəmir yolu ilə beynəlxalq istiqamətdə 11,6 min sərnişin daşınıb və beynəlxalq sərnişin dövriyyəsi 4,9 milyon sərnişin-km təşkil edib. Ötən ilin eyni dövründə beynəlxalq sərnişindaşıma üzrə göstərici qeydə alınmayıb.

2026-cı ilin yanvar-iyun aylarında dəmir yolu ilə beynəlxalq istiqamətdə sərnişin daşımadan bir sərnişinə düşən orta gəlir 108,7 manat təşkil edib.

Beynəlxalq dəmir yolu sərnişindaşımalarının olmaması 2020-ci ilin martından Azərbaycanın quru sərhədlərinin COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində bağlanması ilə bağlı olub. Bu səbəbdən ölkənin quru sərhədləri ilə sərnişin gediş-gəlişi uzun müddət məhdudlaşdırılıb.

Beynəlxalq sərnişindaşımanın bərpası mayın sonlarında baş verib. Azərbaycan və Gürcüstan arasında əldə olunan razılaşmaya əsasən, 26 may 2026-cı ildən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının hərəkəti bərpa olunub. Qatarların Bakıdan saat 23:10-da yola düşməsi və növbəti gün saat 08:41-də Tbilisiyə çatması, Tbilisidən isə saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatması nəzərdə tutulub. Marşrut üzrə müasir yataq tipli “Stadler” vaqonlarından istifadə edilir.

Qeyd edək ki, Bakı–Tbilisi sərnişin qatarı altı illik fasilədən sonra bərpa olunub.

Hazırda ölkənin dəmiryolu ilə istər daxili, istərsə beynəlxalq olaraq sərnişindaşıma üzrə yeganə operatoru “Azərbaycan Dəmir Yolları” QSC-dir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər