29 C
Baku
Tuesday, July 23, 2024

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi bağlanıb

Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi qeyri-müəyyən müddətə bağlanıb.

Bu barədə Gürcüstan mətbuatında bildirilir.

Məlumata görə, dəmir yolunun Gürcüstan hissəsinin bağlanmasının səbəbi – baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır.

Qeyd olunur ki, dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimində həyata keçirilir. Gürcüstan ərazisində işlərin təxminən 86%-i yerinə yetirilib.

Vurğulanır ki, ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il layihəyə əlavə olaraq 100 mln. dollar sərmayə qoyulacağını və onun təntənəli açılışının 2024-cü ildə baş tutacağını bildirmişdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər