Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində görülən işlərin 98,5 faizi yekunlaşdırılıb.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatını təqdim edərkən deyib. O, Gürcüstanda dəmir yollarının modernizasiya işlərinin tamamlanmasından sonra ölkənin dəmir yolu ilə illik ötürücülük qabiliyyətinin 27 milyon tondan 48 milyon tona qədər artacağını qeyd edib.
“Dəmir yolu sektorunda ciddi nəticələrimiz var. Dəmir yolunun modernləşdirilməsi layihəsi tamamlanır, bundan sonra dəmir yolunun ötürücülük qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksələcək. Həmçinin Bakı-Tbilisi-Qars layihəsi üzrə nəzərdə tutulan işlərin 98,5 faizi yerinə yetirilib. Yəni bu işlər demək olar ki, tamamlanıb”, – deyə İrakli Kobaxidze bildirib.