9 C
Baku
Thursday, December 12, 2024

Bakı-Tbilisi-Qars dəmiryoluna əlavə 500-600 min ton yük cəlb edilə bilər

Baki-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir: “Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir”.

C.Qurbanovun sözlərinə görə, hazırda Qazaxıstan tərəfi ilə əlavə yüklərin cəlbi üçün işlər aparılır və bunun nəticəsində əlavə 500-600 min ton yük cəlb edilə bilər:

“Sözügedən xəttlə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır. Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Sənədlər hazır olunub imzalanandan sonra sərnişin daşımalarına start veriləcək”,-, C.Qurbanov əlavə edib.

BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı C. Qurbanov bildirib ki, bunun üçün Türkiyə ərazisində 280 km xətt inşa olunmalıdır ki, bu da 2 mlrd. ABŞ dollarına yaxın sərmayə tələb edir.

©Report

Son xəbərlər
Digər xəbərlər