17 C
Baku
Wednesday, May 1, 2024

Bakı-Tbilisi reysləri təxirə salınıb

Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın J2-9237 və aviaşirkətin tərkibinə daxil olan “Buta Airways”in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər