14 C
Baku
Cümə, Oktyabr 22, 2021

“Bakı Telefon Rabitəsi” xalis mənfəətini 2 dəfə artırıb

faizlere

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-in (“Baktelecom”) xalis mənfəəti 2019-cu ildə 8.853 mln. manat təşkil edib.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 97.3% (və yaxud 2 dəfə) çoxdur.

Ötən il “Baktelecom”un gəlirləri 75.427 mln. manat təşkil edib ki, bu illik müqayisədə 8.2%, göstərilən xidmətlərin dəyəri isə 40.284 mln. manat olub ki, illik müqayisədə bu da  5.9% artıb.

Qeyd edilən dövürdə “Baktelecom”un əməliyyat mənfəəti 9.805 mln. manat, gəlir vergisinədək olan mənfəəti isə 12.394 mln. manat təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə MMC-in cəmi aktivləri 126.819 mln. manata təşkil edib ki, bu da ötən il ilə müqayisədə 9.2% çoxdur. Cəmi öhdəliklərə gəldikdə, bu göstərici 2019-cu ildə 29.854 mln. manat bərabər olub və illik müqayisədə 2.3% artıb.

Məlumat üçün qeyd edək ki, “Baktelecom” 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin bazasında 2017-ci ildə yaradılıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər