“Bakı Telefon Rabitəsi” SMS məlumatlandırma xidmətini işə salıb

Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB) internet xidmətlərinin qabaqcadan ödəməyə dair abonentlərin SMS məlumatlandırma xidmətini işə salıb.

Bunu Trend-ə İB-dən deyiblər.

İnternet və lP-TV xidmətləri üçün qabaqcadan ödəmə sisteminin tətbiqi 2016-cı il sentyabrın 1-dən başlayıb.

İB-dən bildiriblər ki, yeni sistemə keçidə baxmayaraq, son ayda xidmətin dayandırılması ilə bağlı hal qeydə alınmayıb.

Son xəbərlər
Digər xəbərlər