Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin nizamnamə kapitalı 1 milyon 871 min 221 manat və yaxud 4,5% artırılıb.
Şirkətin kapitalı 41 milyon 279 min 467 manatdan 43 milyon 150 min 688 manata çatdırılıb.
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb.
©Report