17 C
Baku
Friday, October 18, 2024

“Bakı Texnika Sənaye” dividend ödəyəcək

28 iyul 2023-cü il saat 10.00-da “Bakı Texnika Sənaye” ASC səhmdar­larının növbəti ümumi yığıncağı keçi­riləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. 2022-ci ilin maliyyə balansının təsdiq edilməsi.

2. Dividendlərin bölüşdürülməsi.

3. ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.

4. Qanuni təmsilçiyə səlahiyyətlərin verilməsi.

5. Sair məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-adək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.

Ünvan- Bakı şəhəri, Sabunçu rayo­nu, B.Bünyadov küçəsi 11-dir.

Xatırladaq ki, “Bakı Texnika Sənaye” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 239 824 manatdır və qanuni təmsilçisi Nazim Qarayevdir.

Son xəbərlər
Digər xəbərlər