10 C
Baku
Wednesday, December 11, 2024

“Bakı Ticarət Festivalı” zamanı ƏDV-ni bu bank filiallarında qaytara biləcəksiz

Aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək “Bakı Ticarət Festivalı” dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 bankın 15 filial və şöbəsi tərəfindən həyata keçiriləcək.

Banker.azın verdiyi məlumata görə, festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübələri nəzərə alınaraq müvəkkil bank qismində “Kapital Bank” ASC, “Bank Silk Vey” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və “PAŞA Bank” ASC müəyyən edilib.

“Bakı Ticarət Festivalı”-nın dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb.

“Bakı Ticarət Festivalı” zamanı Azərbaycan vətəndaşlarıyla yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-nin qaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:

Adı Filial və ya şöbə Ünvan Yaxın Ticarət Mərkəzi
1.      “PAŞA Bank” ASC Port Baku şöbəsi Neftçilər prospekti 53 Port Baku TM daxilində
2.      “Kapital Bank” ASC “Gənclik Mall” filialı Fətəli Xan Xoyski prospekti “Gənclik Mall” TM daxilində
3.      “28 may filialı” Azadlıq prospekti 26 “28 Mall” TM yaxın
4.      “Yapı Kredi Bank Azərbaycan” QSC “Nərimanov Metropark” filialı Təbriz küçəsi, 106A “Metropark” TM daxilində
5.      Səbail filialı Nizami küçəsi 69 “Nərgiz Mall” TM yaxın
6.      28 May fililalı Rəşid Behbudov küçəsi 8 “Park Bulvar” TM və “28 Mall” TM yaxın
7.      “Azərbaycan Sənaye Bankı” ASC Baş ofis Zərifə Əliyeva 3  “Nərgiz Mall” TM yaxın
8.      “Park Bulvar” filialı Neftçilər pr-ti. Dənizkənarı Bulvar “Park Bulvar” TM daxilində
9.      “Bank Silk Vey” ASC Baş ofis Həsən Əliyev küç., 131A “Gənclik Mall” TM yaxın
10.               1 №-li filial Nizami küç., 142A 28 Mall TM yaxın
  Havalimanları və Dəniz limanı “tax free” bölməsi
11.               1 saylı şöbə H.Əliyev adına Beynəlxalq Hava Limanı 1 saylı Terminal Gömrük keçid məntəqəsindən sonra
12.               Gəncə filialı Gəncə Beynəlxalq Hava Limanı Hava limanında
13.               Lənkəran filialı Lənkəran Beynəlxalq Hava Limanı Hava limanında
14.               Mübadilə şöbəsi Qəbələ Beynəlxalq Hava Limanı Hava limanında
15.               Şəhər Dəniz limanında tax free bölməsi Şəhər Dəniz limanı Gömrük keçid məntəqəsindən sonra
Son xəbərlər
Digər xəbərlər