Sentyabrın 24-də “Bakı Toxucu” QSC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, gündəlikdə QSC-nin illik hesabatı, İdarə Heyəti sədrinin və üzvlərinin seçilməsi və digər təşkilati məsələlər yer alıb. Həmçinin, səhmlərin alqı-satqısı məsələsi də müzakirə ediləcək.
Qeyd edək ki, “Bakı Toxucu” QSC səhmdarlarının illik ümumi yığıncağı Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 47. ünvanında baş tutacaq.