28 C
Baku
Saturday, July 27, 2024

Bakı və İstanbul hava limanlarında transfer prosesi sadələşdirilib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Türk Hava Yolları” Bakı və İstanbul hava limanlarında transfer prosesini sadələşdirib.

Bu barədə AZAL-dan məlumat verilib.

Belə ki, AZAL-ın Bakıdan İstanbula və ondan sonra “Türk Hava Yolları” reyslərində səyahət edən sərnişinlər vahid minik talonu əldə edə və bütün marşrut üzrə baqajlarını son təyinat məntəqəsinə qədər rəsmləşdirə bilərlər.

Bununla da, bir aviaşirkətdən digərinə keçid daha rahat olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər