6 C
Baku
Sunday, December 15, 2024

Bakı və Bakıətrafı qəsəbələrdə 77 ədəd şarj məntəqəsinin quraşdırılması planlaşdırılır

Ötən il elektrik avtomobillərinin sayı 3102 ədədə çatıb. Əhali arasında elektrik avtomobillərinə marağın artması onların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlıdır.

Bunu “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev deyib.

“2022-ci ildə idxal olunan hibrid avtomobillərinin sayı 10 mindən çox, elektrik avtomobillərin sayı isə 486 olub. Ötən il hibrid avtomobillərin sayı isə 14 mindən çox olub. Bu ilin göstəricilərinin ötən ilin göstəricilərini geridə qoyacağına ümid edirəm. Cari ilin yanvar-mart aylarında 800-dən çox elektromobilin idxal olduğunu müşahidə etmişik. Ümid edirik ki, bu ilin sonuna qədər elektrik avtomobillərin sayı 5 mini keçəcək”, – deyə Eyyub Əliyev əlavə edib.

Azərbaycanda keçiriləcək COP29-la bağlı dövlət tərəfindən böyük işlər görüldüyünü vurğulayan Eyyub Əliyev elektrik avtobuslarının idxalında da dinamika olduğunu bildirib: “COP29 ərəfəsində şarj məntəqələri ilə bağlı böyük işlər görülür. COP29-dək Bakı və Bakıətrafı qəsəbələrdə 77 ədəd şarj məntəqəsinin quraşdırılması planlaşdırılır. Bakıdan kənar, bölgələrə gedən magistral yollarda 70 ədəd şarj məntəqəsinin quraşdırılması planlaşdırılır və hal-hazırda bu işlərə başlanılıb”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər