8 C
Baku
Monday, November 18, 2024

Bakı və Həştərxan limanları arasında gəmiçilik xətti təşkil edilə bilər

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Həştərxan və Bakı limanları arasında müntəzəm gəmiçilik xəttinin təşkil edilməsini təklif edib.

“Ötən il ticarət dövriyyəmiz təxminən dörd dəfə artıb, lakin bu, son hədd deyil. Biz təkcə dəmir yolu ilə deyil, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bütün imkanlarından istifadə etməklə dəniz yolu ilə də yük daşımalarını artıra, Həştərxan və Azərbaycan limanları arasında müntəzəm gəmiçilik xətti təşkil edə bilərik”, – deyə Babuşkin Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə bildirib.

Son xəbərlər
Digər xəbərlər