Bakı və İrəvan Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinq zamanı bildirib.
Nazir qeyd edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birinə xeyli ziddir. Onun sözlərinə görə, Ermənistan üçün dövlət sərhədinin delimitasiyası məsələsində dəqiqlik vacibdir.
XİN başçısı vurğulayıb ki, danışıqlar zamanı digər məsələlər barədə danışıqlar baş tutub.
“Bakı və İrəvan regionda nəqliyyat kommunikasiyalarını açmağa yaxındır. Ermənistan ancaq suverenlik, bərabərlik prinsipləri əsasında buna hazırdır və maraqlıdır”, – Mirzoyan əlavə edib.