Bakı və Sumqayıt şəhərləri üzrə Regional Hüquq məsləhətçisi
Əsas vəzifə öhdəlikləri
∙ Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
∙ Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
∙ Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
∙ Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
∙ İcra işləri üzrə İcra məmurları ilə işləmək;
∙ Rəsmi yazışmaları təmin etmək;
Namizədə dair tələblər
∙ Hüquq sahəsində ali təhsilinin olması;
. İş təcrübəsi minimum 6 ay. Bank sektorunda çalışanlara üstünlük verilir.
. Bakı və Sumqayıt şəhərlərində yaşayanlara üstünlük verilir;
∙ Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
∙ Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
∙ Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Kompyuter bilikləri;
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.