13 C
Baku
Sunday, November 27, 2022

Bakıda əhali ərzağa 20 mlrd. manat xərclədi -RƏSMİ

2022-ci ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4.6 faiz artaraq 20 milyard 274.7 milyon manat olub.

Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artaraq 12 328,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz azalaraq 7 946,1 milyon manata bərabər olmuşdur.

İstehlak məhsullarının 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

Son xəbərlər
Digər xəbərlər
X