27 C
Baku
Saturday, July 27, 2024

Bakıda əhali ərzağa 5 mlrd. manat xərcləyib

2021-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,4 faiz artaraq 14 milyard 602,5 milyon manat olub.

Banker.az Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.6 faiz artaraq 7 milyard 428,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 7 milyard 173,8 milyon manata bərabər olmuşdur.

İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

Son xəbərlər
Digər xəbərlər