27 C
Baku
Saturday, July 27, 2024

Bakıda əhali ərzaq, içki və siqaretə 11 milyard manatdan çox pul xərcləyib

2023-cü ilin yanvar-avqust  aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-avqust aylarlı ilə müqayisədə 3.7 faiz artaraq 20372.8 milyon manat olub.

Banker.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi  bildirir.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.6 faiz artaraq 11 262.4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5.2 faiz artaraq 9110.4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35.7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47.4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16.9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Son xəbərlər
Digər xəbərlər