Bakıda ən baha evlər harda satılır? – QİYMƏTLƏR

0

Azərbaycanda daşınmaz əmlakın qiyməti bahalaşıb.

Banker.az oxu.az-a istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi 2018-ci ilin III rübündə ötən ilin analoji dövrü ilə müqayisədə evlərin manat ekvivalentində 0,2% artdığını açıqlayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“İlkin mənzil bazarında qiymətlərdə 0,2% ucuzlaşma müşahidə olunduğu halda, təkrar mənzil bazarında qiymətlər 0,3% bahalaşıb”, – nazirlikdən qeyd ediblər.

Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında əmlak alqı-satqısının həcmində 2018-ci ilin analoji dövrü ilə müqayisədə artım müşahidə olunur.

Məlumata əsasən, Bakıda ən bahalı mənzil Səbail rayonunda təklif olunur. Burada mənzilin 1 kv. metri – 1,514 min dollardır. Bu qiymət 2017-ci ilin III rübü ilə müqayisədə 5% artım deməkdir.

Yüksək qiymətlərin müşahidə olunduğu paytaxtın beş rayonu sırasına Nəsimi (1 kv. metr – $1,138 min), Nərimanov ($1,035 min), Yasamal ($982 min) və Xətai rayonları ($898) daxildir.

Ən ucuz mənzil Bakının Pirallahı qəsəbəsində təklif olunur (1 kv. metr – $495).

Bakının rayonları üzrə 1 kv. metr yaşayış mənzilinin qiymətlərinin müqayisəsi zamanı 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə qiymətlərdə ən çox artım Xəzər rayonu (5,9%), ən çox ucuzlaşma Qaradağ rayonunda (8,3%) müşahidə olunur.

2017-ci ildə Azərbaycanda daşınmaz əmlakın qiymətində artım 1,3% təşkil edib təşkil edib.