2 C
Baku
Şənbə, Yanvar 22, 2022

Bakıda ən çox iş yeri açılan rayonların adları məlum oldu – SİYAHI

2020-ci ilin birinci yarımili ərzində ölkədə 84,8 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 44,6 faizi qeyri-dövlət sektorunda açılmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yeni iş yerlərinin 71,8 faizi Bakı şəhərinin payına düşür. Bakı şəhəri üzrə cəmi 60 912 iş yeri açılıb. Ən çox iş yeri Bakı şəhərinin Yasamal rayonunda açılıb ki, burada cari ilin 6 ayında yeni açılmış iş yerlərinin sayı 32 672 olub. İş yerlərinin açılma sayına görə ikinci yerdə Nəsimi rayonu dayanır. Nəsimi rayonunda isə 6 402 yeni iş yeri açılıb. Üçüncü yeri isə 5 869 iş yeri olmaqla Nərimanov rayonu tutur.

Bakı şəhərinin digər rayonları ilə müqayisədə ən az iş yeri Xəzər və Qaradağ rayonunda yaradılıb. Bu rayonlarda müvafiq olaraq 636 və 620 yeni iş yeri açılıb. Bakının Pirallahı rayonunda isə bu ilin birinci yarımilində yeni iş yeri açılmayıb.

Onu da qeyd edək ki, yeni açılmış iş yerlərinin 4,3%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 76%-i mövcud müəssisə və təşkilatlarda, 0,3%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 19,4%-i isə digər tədbirlər üzrə yaradılmışdır.

45

Son xəbərlər
Oxşar xəbərlər