20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Bakıda ən çox yoluxma üç rayondadır – SİYAHI

Ümumi yoluxanların 55,3 faizinin cəmləşdiyi Bakının özündə xəstələrin sayına görə ilk üçlükdə Binəqədi, Yasamal və Xətai rayonlarıdır.

Paytaxt üzrə yoluxanların 12,7 faizi Binəqədi, 12 faizi Yasamal, 12,1 faizi isə Xətaidə qeydə alınıb.

Sonrakı yerlərdə 12,2 faizlə Sabunçu, 10,3 faizlə Nəsimi, 8,7 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nizami, 6,1 faizlə Qaradağ, 4,6 faizlə Səbail, 4,2 faizlə Xəzər, 0,3 faizi Pirallahı rayonu qərarlaşıb.

Qeyd edək ki, son statsitikaya görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 529 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər vəfat edib.

Mənbə:Modern
Son xəbərlər
Oxşar xəbərlər