6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Bakıda ən təmiz hava haradadır? – Monitorinqin nəticələri

Bakıda ən təmiz hava Abşerondadır.

“Xəzər” Universiteti yanında Hava Keyfiyyəti Laboratoriyası Bakıda və şəhərətrafı qəsəbələrdə açıq hava keyfiyyətinin monitorinqini aparıb.

Monitorinqin nəticələri Avropa hava keyfiyyəti indeksinə uyğun olaraq yerüstü ozon, azot dioksid, bərk asılı maddələr və kükürd dioksidi nəzərə alınmaqla ölçülür. Bu indeksə müvafiq olaraq hava keyfiyyəti “çox yaxşı”, “yaxşı”, “orta”, “pis” və “çox pis” olmaqla 5 ballıq şkala ilə qiymətləndirilir.

Alınan nəticələrdən məlum olub ki, ən yaxşı hava keyfiyyəti Abşeron sahilərində (Buzovna, Bİlgəh, Nardaran), ən pis hava keyfiyyəti isə “Koroğlu” və “Neftçilər” metro stansiyaları yaxınlığında qeydə alınıb.

1. “Neftçilər” metro stansiyası yaxınlığı -5

2. “Qara Qarayev” metro stansiyası yaxınlığı-4

3. “Koroğlu” metro stansiyası yaxınlığı -5

4. “N.Nərimanov” metro stansiyası yaxınlığı -4

5. “Gənclik” metro stansiyası yaxınlığı – 5

6. “28 may” metro stansiyası yaxınlığı – 4

7. “Sahil” metro stansiyası yaxınlığı – 5

8. “İçərişəhər” metro stansiyası yaxınlığı – 4

9. “Nizami” metro stansiyası yaxınlığı- 5

10.”20 yanvar” metro stansiyası yaxınlığı – 5

11.”Memar Əcəmi” metro stansiyası yaxınlığı- 5

12.”Xətai”metro stansiyası yaxınlığı- 4

13.Xırdalan şəhəri – 4

14.Buzovna qəsəbəsi – 1

Son xəbərlər
Oxşar xəbərlər