26 C
Baku
Saturday, April 20, 2024

Bakıda ət satışı bahalaşıb

Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər kəskin artıb.

Yay aylarında adətən ucuzlaşmalı olan mal ətinin bir kiloqramı 11-12 manat, quzu əti isə 10-11 manat arasında satılır. Satıcılar bunun səbəbini bölgələrdən gətirilən mal və quzu ətlərinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirib.

Məlumatı dəqiqləşdirmək üçün Bərdə rayonunda yerləşən ət alış-satış məntəqələri ilə əlaqə saxlanılıb. Oradan mənbəyə bildiriliblər ki, mal ətinin topdansatış qiyməti 9 manat 50 qəpikdir. Hazırda mal ətinin 1 kloqramının qiyməti 11, quzu ətinin 1 kloqramı isə 10-11 manat arasındadır.

Rayon satıcıları isə deyir ki, bunun səbəbi heyvanlar üçün nəzərdə tutulan yemlərin, saman, yonca, quru ot bağlamalarının bahalaşmasıdır. Bu yemlərin qıtlığı olarsa, onda avqust-sentyabr aylarından etibarən ətin qiymətində yenidən artım müşahidə olunacaq.

MənbəAzNews.az
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər