2023-cü ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4.2 faiz artaraq 12 milyard 10 milyon manat olub.
Banker.az rəsmi statistik göstəricilərə istinadaən xəbər verir ki, Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.7 faiz artaraq 6 milyard 566.4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2.2 faiz azalaraq 5 milyard 443.9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 40.4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22.6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.