10 C
Baku
Tuesday, November 26, 2024

Bakıda əhali ərzaq, içki və tütün məhsullarına 19 milyard manata yaxın pul xərcləyib

2022-ci ildə ticarət dövriyyəsinin həcmi 2021-ci il ilə müqayisədə 5 faiz artaraq 30 819.1 milyon manat olub.

Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki il ilə müqayisədə 16.9 faiz artaraq 18 698.1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9 faiz azalaraq 12 121 milyon manata bərabər olub.

İstehlak məhsullarının 32.5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52.3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15.2 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.

Son xəbərlər
Digər xəbərlər