2023-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19.3 faiz artaraq 5479.8 milyon manat olub.
Banker.az bu barədə Bakı Şəhər Statistika idarəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hüquqi şəxslər tərəfindən əhaliyə 4537.3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 82.8 faizini təşkil edib.