2023-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17.6 faiz artaraq 4 214.3 milyon manat olub.
Banker.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3528.1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 83.7 faizini təşkil edib.