10 C
Baku
Friday, December 12, 2025

Bakıda ən ucuz məhsullar bu bazarlarda satılır

“Bakıda bazarlar içərisində ən ucuz məkan “8-ci kilometr” bazarını qeyd etmək olar. Qiymətlərdə ciddi fərqə görə “Meyvəli” bazarı da var”.

Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri vurğulayıb ki, bu bazarların hər ikisi digər bazarlardan ucuzluğuna görə fərqlənir:

“Sonra orta səviyyəli bazarlar kimi “Yaşıl” və “Keşlə” bazarlarını qeyd edə bilərik ki, daha çox rəqabət və məhsul çeşidləri bol olduğuna görə qiymət nisbətən əlçatan olur.

Bütün bazarlarda qiymətlərin ucuz olmaısını təşkil etmək üçün rayonlarda fermərlərə müəyyən güzəştlər edilməli və imkanlar yaradılmalıdır. Kənd yerlərində bir çox hallarda məhsullar xarab olmasın deyə daha ucuz qiymətə alınır və bu da kəndlilər üçün stimul olmur ki, onlar növbəti il eyni fəaliyyətlə məşğul olsunlar. Son nəticədə zərbə kənd təsərrüfatına dəyir. Ona görə də, bu təchizat zəncirini elə planlaşdırmaq lazımdır ki, fermlərin birbaşa bazara çıxışı olsun”.

Mənbə BAKU.WS
Son xəbərlər
Digər xəbərlər