Bu ilin yanvar-sentyabr ayları ərzində Bakıda əsas kapitala 6 687.3 mln manat məbləğində vəsait yönəldilib.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.3%-dən çox vəsait yönəldilməsi deməkdir.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitin 3277,3 milyon manatı və ya 49,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.