10 C
Baku
Thursday, December 12, 2024

Bakıdakı bu xəstəxana sökülür – Nazirlik yenidən qurulması üçün “Arash”a 4 milyon manat ödəyəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Arash Medical Company” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhərinin Nizami rayonunda 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikintisi (tibbi avadanlıqlarla və inventarlarla təchizatı) nəzərdə tutulub.

Müqavilənin məbləği 3 milyon 712 min 697 min manatdır.

Xatırladaq ki, “Arash Medical Company”  1994-cü ildən fəaliyyətdədir. Hazırda şirkətin fəaliyyəti hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanmasından və səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir.  “Arash Medical Company” tibbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edir.

“Arash Medical Company”nin nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Kamran Məmmədov Abid oğludur.

Onu da qeyd edək ki, “Arash Medical Company” tez-tez Səhiyyə Nazirliyinin tenderlərinin qalibi olur.

Son xəbərlər
Digər xəbərlər