“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət ilə “Merkuri İnşaat” MMC arasında müqavilə imzalanıb.
Banker.az xəbər verir ki, müqavilədə 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikinti işləri nəzərdə tutulub.
Müqavilənin məbləği 3 milyon 26 min manatdır.
Bildirək ki, 2017-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC “Merkuri-İnşaat” şirkəti ilə Yasamal yaşayış kompleksində iki yaşayış binasının tikintisi üzrə müqavilə imzalayıb. Müqavilənin qiyməti 6 mln 157,9 min manat təşkil edib.







