-3 C
Baku
Sunday, December 15, 2024

Bakıda 1512 ailə üçün yeni yaşayış məhəlləsi salınır – 7 milyon manatlıq müqavilə

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Azərsutəchizattikinti” ASC ilə 7 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 6 milyon 685 min 546 manatdır.

Bildirək ki,”Azərsutəchizattikinti” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 24 442 manatdır və qanuni təmsilçisi Mirzəcan Xəlilov Mirzəmməd oğludur.

 

Son xəbərlər
Digər xəbərlər