8 C
Baku
Wednesday, October 30, 2024

Bakıda 16 milyon manatlıq zavod hərraca çıxarılır – Tam siyahı

16 və 23 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək. Avqustun 16-da keçiriləcək hərraca 26 nəqliyyat vasitəsi, 23 avqustda təşkil olunacaq hərraca isə 17 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılacaq.

Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidmətindən bildirilir ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə ki, onların arasında kənd təsərrüfatı, ticarət, xidmət, tikinti materiallarının istehsalı və digər təyinatlı obyektlər var. Satışa çıxarılacaq müəssisə və obyektlər Bakı ilə yanaşı, bölgələrdə də yerləşir. Bu obyektlərin əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılır.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ilkin start qiyməti 750 manatdan başlayır.

Ən yüksək ilkin start qiyməti “B.Sərdarov adına maşınqayırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşən bu müəssisənin ümumi dəyəri 16.061.000 manat təşkil edir, bunun 1.692.075 manatlıq hissəsi əmək kollektivinə güzəştli satışa, 14.368.925 manatlıq hissəsi isə hərraca yönəldilib. Əmlakın ümumi faydalı sahəsi 58.472 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 117.787 kvadratmetrdir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1970-2011-ci illəri əhatə edir.

Dövlət əmlaklarının tam siyahısı ilə burada tanış ola bilərsiniz: ( https://bit.ly/3mmNVpB )

Son xəbərlər
Digər xəbərlər