25 C
Baku
Friday, April 19, 2024

Bakıda 17 bina istiliksiz qalıb – Açıqlama

Nizami rayonunda istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. 

Bu barədə  “Azəristiliktəchizat” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, hamin müraciətlərin çoxu Nizami rayonundan daxil olub, bu da onunla bağlıdır ki, istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istilik ilə təminatında fasilə yaranıb.

“Əməkdaşlarımız dərhal hadisə yerinə gediblər və yaxın saatlarda orada istiliyin verilməsi bərpa olunacaq”, – Elvin Basqallı qeyd edib.

Onun sözlərinə görə, “Azəristiliktəchizat” əməkdaşları bayram günlərində olduğu kimi belə hava şəraitlərində də gücləndirilmiş iş rejimində çalışır: “Hava şəraitinə uyğun olaraq istiliyin verilməsi artırılıb və ümumilikdə istiliyin verilməsində heç bir ciddi bir problem yoxdur. Yaşayış və qeyri-yaşayış binaların istilik ilə təminatı davam edir”.

Son xəbərlər
Digər xəbərlər