“MİDA” MMC “Electro Construction” QSC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 086 072 manatdır.