8 C
Baku
Thursday, November 7, 2024

Bakıda 2-ci “Sea Breeze Investment Forum” keçirildi

Mayın 30-da “Sea Breeze” kurort şəhərciyində ikinci “Sea Breeze Investment Forum” beynəlxalq investisiya forumu keçirildi. Artıq ikinci dəfə keçirilən forumda bu dəfə dövlət və özəl sektorun aparıcı simaları bir araya gəldilər. Forum iştirakçıları arasında Rusiya, Qazaxıstan, Türkiyə, Hindistan, İsrail və digər ölkələrdən qonaqlar da var idi. Forumdan öncə qonaqlar üçün “Sea Breeze” boyunca qolf maşınlarda xüsusi ekskursiya keçirildi. “Sea Breeze Resort”un təsisçisi və sahibi Emin Ağalarov qonaqlara hazırda tikilməkdə olan binalar, təhvil verilmiş layihələr və qarşıya qoyulmuş məqsədlər barədə məlumat verdi. Bundan sonra, İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə unikal “Caspian Dream Liner” layihəsinin təməli qoyuldu.

Forum “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarovun açılış nitqi ilə başladı. Cənab Ağalarov qeyd etdi ki, “Sea Breeze” dayanmadan inkişaf edir və hazırda binaların sayının 150-ə çatdırılması üzrə işlər gedir. “Burada hər layihənin öz fəlsəfəsi var” – deyən Emin Ağalarov COP29 çərçivəsində “Sea Breeze”in 5 minə qədər qonağı qəbul edəcəyini də söylədi. “Ölkəmiz bütün Cənubi Qafqaz üçün sabitlik modelidir. İndi əsas vəzifə iqtisadiyyatı şaxələndirməkdir: biz təhsilə, səhiyyəyə və əlbəttə ki, turizmin inkişafına böyük diqqət yetiririk. Biz “Sea Breeze” ilə əməkdaşlıqdan və bu kompleksə artan maraqdan çox məmnunuq”, – deyə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Sea Breeze” bizi hər dəfə təəccübləndirməyi bacarır”, – bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. Komitə sədri əlavə edib ki, “Sea Breeze”də ərazinin inkişafı və planlaşdırılması zamanı kompleks yanaşma tətbiq edilir. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə turizm sektorunun ÜDM-də payının artmasının qarşıya mühüm məqsəd kimi qoyulduğunu söylədi.

Tədbir çərçivəsində “Sea Breeze” ilə Azərbaycan Turizm Bürosu arasında vahid bron xidmətinin yaradılması barədə əməkdaşlıq sazişi imzalandı. “Sea Breeze Booking”in məhsul inkişafı üzrə dorektoru Şahin Axundov bildirdi ki, bu platforma sayəsində kurort şəhərciyi ərazisində 200-dən çox əmlak sahibkarı gəlir əldə edə bilib. “Sea Breeze Booking” mənzil sahiblərinin həyatlarını rahatlaşdırır və onların yerinə vergi ödəyişini həyata keçirir”, – deyə Şahin Axundov əlavə etdi. “Sea Breeze” kommersiya direktoru Ayaz Tağıyev isə 2018-ci illə müqayisədə burada yaşayan sakinlərin 50 dəfəyədək artdığını vurğuladı. Bundan başqa, “ABB Bank” ilə imzalanmış memoranduma görə, “Sea Breeze”də “ABB Bank”ın filialının açılması barədə də məlumat verildi.

“The Grand Sea Breeze”in yeni tədbir zalında baş tutan forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, “ABB Bank”ın İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin üzvü Elmir Qabibullayev, “Commonwealth Partnership”in İdarəedici partnyoru Sergey Ryabokobılko, “Nardaran Invest”in İdarəedici partnyoru Andrey Perequdov da çıxış etdilər. Natiqlər Azərbaycanda daşınmaz əmlak sahəsində son illərdə müşahidə olunan inkişaf və “Sea Breeze”in bu xüsusda rolundan bəhs ediblər.

Son xəbərlər
Digər xəbərlər