16 C
Baku
Tuesday, April 30, 2024

Bakıda 2 marşrut xəttində avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər