Şərti adı B-4 olan yeni metro stansiyasının tikinti işləri gələn ilin sonuna qədər yekunlaşacaq.
Banker.az-in Trend-ə istinadən verdiyi məlumatına görə, bunu bu gün Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda yeni stansiyanın tikintisi normal davam etdirilir:
“Stansiya 4 səviyyədən ibarət olacaq. Artıq stansiyanın 2 səviyyəsində tikinti işləri başa çatdırılıb. Hazırda qalan iki səviyyənin tikintisi aparılır. Həmçinin “8 Noyabr” stansiyasından B-4 stansiyasına qədər olan hər iki qatar yolu və tunel tikilib. Gələn ilin sonuna qədər stansiyada bütün tikinti işləri başa çatdırılacaq. Ondan sonra stansiyada avadanlıqların quraşdırılmasına başlanacaq. Əgər işlər hazırk; vəziyyətdə davam edərsə, stansiya 2024-cü ilin əvvəlində istifadəyə verilə bilər”.
Qeyd edək ki, «Bənövşəyi xətt»in 4-cü stansiyası (B-4) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa edilir.