26 C
Baku
Saturday, July 27, 2024

Bakıda 2040-cı ilədək turizm sektorunda 37 mindən çox əlavə iş yeri yaradılacaq

2040-cı ilə qədər Bakının turizm sektorunda 37 min 45 əlavə iş yerinin yaradılması planlaşdırılır ki, bununla da həmin il cəmi məşğulluqda turizm sektorunun payı 4.9% olacaq.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

2019-cu ildə paytaxtın turizm sektorunda məşğul əhali 48 min 252 nəfər olub ki, bununla da sektorun cari məşğulluqda payı 3.6% təşkil edib.

2040-cı ildə turizm sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 10% olacaq.

2019-cu ildə turizm sektorunda istehsal olunmuş ÜDM-in dəyəri 1 milyard 898 milyon manat olub, sektorun xüsusi çəkisi isə 6.5% təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər