25 C
Baku
Saturday, April 20, 2024

Bakıda 5,1 mln. manata 8 otaqlı mənzil satılır [FOTOLAR]

Bakıda, Neftçilər prospektində, dəniz limanının yanında yerləşən yüksəkmərtəbəli yaşayış binası “Port Baku Residence” kompleksində 8 otaqlı yeni penthaus* satılır.

Banker.az elana istinadən xəbər verir ki, 1 000 m2  sahəsi olan bu evin ümumi dəyəri 5,1 Azərbaycan manatı (AZN) təşkil edir. Satışı isə agent tərəfindən mümkündir.

“Mənzilin böyük terrası var. Dənizə mənzərə mövcuddur” – bu barədə satılan mənzillə bağlı əlavə şərhdə qeyd edilir.

Satılan mənzilinin qiymətinə həmçinin yeraltı garajda 3 maşınlıq dayanacaq qiymətə daxıldır.

Bildirək ki, bu binanın tikintisinə hələ 2009-cı ildə başlanmış və 2013-ci ildə açılışı olmuşdur və memarı isə ingilis şirkəti “Broadway Malyan”-dır.

Kompleksdə ümumi podiumda yerləşən üç yüksək mərtəbəli binalar yerləşir. Layihə yaşayış mənzillərini, idman zalı və sağlamlıq kompleksini, universal yığıncaq otaqlarını, 2 000 avtomobillə park yerləşdirməyi nəzərdə tutulub. Müəssisə şəhərin mədəni və istirahət məkanlarına yaxındır.

Qeyd: Pentxaus (ingilis dilində penthouse) – göydələnin damındakı yaşayış yeri (mənzil, ev) və ya binanın üst mərtəbədəki olan sahə.

342

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər