28 C
Baku
Wednesday, June 26, 2024

Bakıda 6 istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb

1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Bu barədə Banker.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər