27 C
Baku
Tuesday, May 28, 2024

Bakıda 8 marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək – RƏSMİ

Zığ dairəsinin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Banker.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən təmir işləri aparılan yol sahəsindən fəaliyyət göstərən 21, 44, 51, 60, 104, 132, 175 və 183 nömrəli müntəzəm marşrutların daşıyıcılarına təmir-tikinti işləri bitənədək təmir işləri aparılan yol sahəsində xüsusi diqqətli olmaları ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər