Hər il qışda Bakı marketlərində alça qiymətlərinin rekord həddə qalxması artıq bir növ adətə çevrilib. Lakin bu dəfə satıcılar artıq “sərhədi keçmişlər”. Belə ki, şəhərin marketlərində cəmi 2 alça 20 manata təklif edilir. Bu alıcıları ələ salmaq kimi başa düşülmürmü?!
Lakin məsələyə digər tərəfdən yanaşsaq, görərik ki, məhz tələb təklifi formalaşdırır.
Görünür keçən il 7 manata təklif edilən alça böyük tələbata səbəb olub ki, bu il 1 alça 10 manata satılır.