2 C
Baku
Saturday, December 14, 2024

Bakıda araq istehsalçısı cərimələnmə ilə üz-üzə

Azərbaycanda 7 növ araq içkilərinin istehsalçısı olan “Kristall Plus” QSC xariclə valyuta əməliyyatlarına görə cərimələnə bilər.

Banker.az bildirir ki, hazırda cərimələnmə mandatına sahib olan Azərbaycan Mərkəz Bankı şirkətlə bağlı cərimə protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilib.

Binəqədi Rayon Məhkəməsində verilən bu qərarla bağlı “Kristall Plus” Bakı Apellyasiya Məhkəməsinə üz tutub, işə apelyasiyada baxılacaq.

“Kristall Plus” 90 569 Rusiya rublu və ya 2 417 manat miqdarında inzibati qaydada cərimə olunub.

5bbfcfce 4f64 6482
Kristal Plus

Xatırladaq ki, bu maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə tətbiq edilir.

Hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Kristall Plus” QSC hazırda “Ambarnaya”, “Avrora”, “Naşe Vremya”, “Sekret”, “Pşeniçnaya” və “Zernoff” kimi araq məhsulları istehsal edir.

Qeydiyyat olduğu rayon üzrə icra orqanın saytındakı məlumatına görə şirkətdə 110 əməkdaş çalışır.

Son xəbərlər
Digər xəbərlər