12 C
Baku
Sunday, October 27, 2024

Bakıda avtobus marşrutlarına əlavə 277 avtobus buraxıldı

“28 May” metro stansiyası ətrafında yolun hərəkət hissəsində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri yığışdırılmaqla ictimai nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib.

Banker.az xəbər verir ki, analoji tədbirlər “Koroğlu” metro stansiyasının qarşısında da görülüb. Kənar müdaxilə nəticəsində vaxtilə əraziyə yerləşdirilən beton məhəccərlər yığışdırılıb və avtobusların dayanacağa yaxınlaşması üçün şərait yaradılıb.

Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Bakı şəhərində müntəzəm avtobus marşrutlarına əlavə 277 avtobus buraxılıb. Ümumilikdə 2011 ədəd nəqliyyat vasitəsi sərnişinlərə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər