14 C
Baku
Sunday, November 24, 2024

Bakıda avtomobil park etmək bu halda pulsuzdur

Ökədə yeni parklanma qaydaları tətbiq edilsə də qanunsuz pul yığanlar yenə iş başındadır.

Parklanma ödənişləri onlayn formada olsa da “parkovşik”lər ərazilərdən yığışmayıb.

Belə ki, həmin “işbaz”lar sürücülərdən nağd pul tələb edirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, parklanmaya görə nağd pul ödənişləri qanunsuzdur: “7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Belə ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur”.

Tural Orucov əlavə edib ki, ödənişləri mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə etmək mümkündür “Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılıb.

Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.

Məlumat üçün bidlirək ki, həftənin bazar günləri fəaliyyət göstərən zonalar üzrə parkinqlər pulsuzdur.

Bakı şəhərində nəqliyyat vaitələrinin parklanmasına görə ödənişin MƏBLƏĞİ

1692615422 360078414 595795729343112 2966914405555550763 n

Son xəbərlər
Digər xəbərlər